"Bayraktar TB3" ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamladı
"Baykar" şirkətinin məlumatına göre, "Bayraktar TB3" ASELFLIR-500 elektro-optik sistemi ilə altı saat uçuş həyata keçirib.
"Baykar" şirkəti tərəfindən milli və yerli olaraq hazırlanmış "Bayraktar TB3 PUA" dünyada öz sinfinin ən yaxşısı olan yerli elektro-optik sistem ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamladı.
"Baykar" şirkətinin məlumatına göre, "Bayraktar TB3" ASELFLIR-500 elektro-optik sistemi ilə altı saat uçuş həyata keçirib.
Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLİR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sisteminin inteqrasiyası uğurla həyata keçirilib.
Sınaq zamanı təlim uçuşu edən Bayraktar AKINCI TİHA-nı ASELFLİR-500 də izləyib.
Bununla da "Bayraktar TB3 SİHA" 6 saatlıq uçuş həyata keçirdiyi 25-ci uçuş sınağını uğurla başa vurub.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb