Xəstəyə geni dəyişdirilmiş donuz böyrəyi köçürüldü
Massaçusets Xəstəxanasından verilən məlumatda bildirilir ...
Amerika Birləşmiş Ştatlarının Boston şəhərində həkimlər bir xəstəyə geni dəyişdirilmiş donuz böyrəyi köçürdülər.
Massaçusets Xəstəxanasından verilən məlumatda bildirilir: “Cərrahlar 16 martda geni dəyişdirilmiş donuz böyrəyini transplantasiya etdikləri 62 yaşlı Riçard Slaymanın vəziyyəti yaxşıdır və tezliklə evə buraxılacaq”.
Həkim Tatsuo Kavai bu transplantasiyanın böyrək çatışmazlığı olan milyonlarla adama yardım olacağına ümid etdiklərini söyləyib.
Xatırladaq ki, insanlara heyvan hüceyrə, toxuma və ya orqanlarının transplantasiyası kimi tanınan ksenotransplantasiya müalicəsi 2022-ci ilin may ayında bir donuzdan bir böyrəyin klinik ölüm yaşamış iki xəstəyə köçürülərək sınaqdan keçirilib. Amma 7 yanvar 2022-ci ildə Merilend ştatındakı xəstəxanada ilk dəfə donuz ürəyi köçürülən 57 yaşlı Devid Bennett isə əməliyyatdan 2 ay sonra dünyasını dəyişmişdi. Eyni xəstəxanada sentyabrın 20-də ikinci donuzdan insana ürək nəqli əməliyyatı da həyata keçirilmişdi ki, transplantasiya edilən 58 yaşlı Lourens Faukette əməliyyatdan 6 həftə sonra həyatını itirmişdi.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub