İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 7 nəfər həlak olub

İsrailin İranın Dəməşq səfirliyinin yerləşdiyi konsulluq binasına raket hücumu təşkil etdiyi, 2 briqada generalı və 5 əməkdaşın həyatını itirdiyi bildirilib.

2123374
İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 7 nəfər həlak olub

İran İnqilab Keşikçiləri Korpusu Dəməşqdəki diplomatik nümayəndəliyinə İsrailin etdiyi hücum nəticəsində 2-si general olmaqla 7 nəfərin öldüyünü açıqlayıb.
İnqilab Keşikçiləri Korpusu İranın Dəməşqdəki konsulluq binasına hücumla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada İsrailin İranın Dəməşq səfirliyinin yerləşdiyi konsulluq binasına raket hücumu təşkil etdiyi, 2 briqada generalı və 5 əməkdaşın həyatını itirdiyi bildirilib.

İranın Dəməşq səfiri Hüseyn Əkbəri İsrailin F-35 döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyi və konsulluğunun yerləşdiyi məhəllədə konsulluq binasını hədəf aldığını açıqlayıb.

Əkbəri bəyan edib ki, ölkəsi İsrailin hücumuna “təcili, birbaşa və güclü” cavab verəcək.

Qeyd edək ki, son aylarda Suriyadakı İran hədəflərinə dəfələrlə hava zərbələri endirən İsrail bu günə qədər hücuma görə məsuliyyəti üzərinə götürməyib. Ancaq, İsrail ordusu radiosunun xəbərində hücumda ölənlərin hamısının İranın hərbi personalı olduğu və iranlı diplomatlara zərər verilmədiyi bildirilib.

Digər tərəfdən, Suriyanın xarici işlər naziri Feysəl Miqdad Dəməşqdə hücuma məruz qalan İran səfirliyinin binasına baş çəkib və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb.

Suriyalı nazir burada mətbuata açıqlama verərək, "Günahsız insanların ölümünə səbəb olan bu terror hücumunu ən kəskin şəkildə qınayırıq. Suriya İranın yanında olmağa davam edəcək. İsrailin bu hücumu Qəzzada Fələstin xalqına qarşı müharibədə yaşadığı uğursuzluğunun göstəricisidir" deyib.



Әlaqәli Xәbәrlәr