ABŞ və Böyük Britaniya İrana sanksiya tətbiq edib

Böyük Britaniya və Amerika Birləşmiş Ştatları (ABŞ) İranın İsrailə hava hücumu ilə əlaqədar 7 iranlıya və 6 təşkilata sanksiya tətbiq edəcəklərini açıqlayıb.

2129720

Böyük Britaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada aprelin 13-də İranın İsrailə hücumuna cavab olaraq ABŞ ilə koordinasiyalı şəkildə İran ordusunun rəsmilərinə sanksiya tətbiq ediləcəyi bildirilib.
Qeyd edilib ki, sanksiya tətbiq edilən 7 nəfər və 6 təşkilat arasında İran Silahlı Qüvvələrinin Baş Qərargahı, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri və İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani də var.
Bildirilib ki, sanksiya tətbiq edilən şəxslərə səyahət qadağası tətbiq olunacaq və onların aktivləri dondurulacaq.
İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib, nəticədə İran İnqilabı Keşikçiləri Korpusunun 2-si general olmaqla 7 əməkdaşı həlak olub.
İran isə buna cavab olaraq aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.

Әlaqәli Xәbәrlәr