Co Bayden Misir və Qətər liderləri ilə Qəzza məsələsini müzakirə edib

ABŞ prezidenti Co Bayden Misir və Qətər liderləri ilə keçirdiyi görüşlərdə onlardan Qəzzada atəşkəsin təmin olunması və girovları azad edilməsi üçün 'Həmas'''a təzyiq göstərmələrini istəyib.

2133570

Ağ Evdən verilən bəyanata görə, Co Bayden Misir prezidenti Əbdülfəttah Es-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə telefon əlaqəsi saxlayıb.
Co Bayden söhbət zamanı hazırda gündəmdə olan  Qəzzə ilə bağlı atəşkəs danışıqları mövzusunda göstərdikləri səylərə görə Sisi və Şeyx Təmimə təşəkkür edib.
''Həmas''ın atəşkəslə bağlı təklifi qəbul edəcəyi təqdirdə atəşkəsin dərhal əldə ediləcəyini, intensiv humanitar yardımın bölgəyə daxil olacağını və bunun müqabilində ''Həmas'' tərəfindən saxlanılan girovların azad ediləcəyini qeyd edən Bayden  Misir və Qətər liderlərindən ''Həmas''a təzyiq göstərmələrini istəyib.
Xatırladaq ki, aprelin 26-da Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs ilə məhbus mübadiləsi razılaşması təklifinin ''Həmas''a  təqdim edildiyi və ''Həmas''ın bu təklif üzərində çalışdığı və tezliklə cavab verəcəyi açıqlanıb.

Etiketlәr: #Qətər , #Misir , #ABŞ , #Co Bayden

Әlaqәli Xәbәrlәr