Entoni Blinken Kerem Abu Salim sәrhәd-keçid mәntәqәsindә olub

BlinkenABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qallant ilə Qəzza ilə İsrail arasındakı Kerem Abu Salim (Şalom) sərhəd-keçid məntəqəsini ziyarət edib.

2134267
Entoni Blinken Kerem Abu Salim sәrhәd-keçid mәntәqәsindә olub

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qallant ilə Qəzza ilə İsrail arasındakı Kerem Abu Salim (Şalom) sərhəd-keçid məntəqəsini ziyarət edib.
İsrail Müdafiə Nazirliyi ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Yoav Qallantın Kərim Əbu Səlim sərhəd-keçid məntəqəsini ziyarət etdikdən sonra İsrail Baş Qərargah rəisi Herzi Halevinin də iştirak etdiyi toplantıya qatıldıqlarını açıqlayıb.
Toplantıda israilli əsirlərin azad edilməsi  və “Həmas''ın məhv edilməsi üçün hərbi əməliyyatların davam etdirilməsinin vacibliyinin müzakirə edildiyi bildirilib.
Entoni Blinken və Yoav Qallantın Nir Öz yəhudi yaşayış məntəqəsini də ziyarət etdiyi qeyd edilib.
Entoni Blinkenlə keçirdiyi görüşdən sonra videomüraciət yayımlayan Qallant bildirib ki, “Həmas''ı məhv etmək və girovları ailələrinə qaytarmaqda qətiyyətliyik.
Yoav Qalant Entoni Blinkenlə Qəzzaya humanitar yardım axınının necə artırılacağını müzakirə etdiklərini də qeyd edib.



Әlaqәli Xәbәrlәr