Entoni Blinken: ''Qəzzadakı müharibə sona çatmalıdır''

ABŞ dövlət katibi Entoni Blinken Qəzzada müharibənin dayandırılması və Fələstin dövlətinin qurulması üçün yol xəritəsinin hazırlanmasının vacibliyini vurğulayıb.

2133496

Entoni Blinken Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən Dünya İqtisadi Forumunda, Forum rəhbəri Borqe Brendenin "Qəzzada yaşanan müharibə, İsrail ilə Həmas arasında atəşkəs danışıqları, Rəfaha qarşı quru əməliyyatı, ABŞ-da tələbə nümayişləri və İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşma ehtimalı'' ilə əlaqədar suallarını cavablandırıb.
Yaxın Şərqdə 1948-ci ildən bəri ən pis böhranın yaşandığını qeyd edən Entoni Blinken ABŞ-ın regional və beynəlxalq tərəfdaşları ilə birlikdə Qəzzada münaqişələrin sona çatması və daha geniş əraziyə yayılmasının qarşısının alınması üçün çalışdığını bildirib.
Entoni Blinken İsrailin Rəfaha qurudan hücumu ilə bağlı deyib:"Mülki əhalinin zərər görməyəcəyini təmin edəcək bir plan olmasa, Rəfahda böyük bir hərbi "əməliyyata" dəstək verməmiz mümkün deyil".
Entoni Blinken qeyd edib ki, İsrail hələ də Rəfahdakı mülki əhalinin zərər görməyəcəyinə zəmanət verən plan təqdim etməyib.

Әlaqәli Xәbәrlәr