İsrail Nusayrat qaçqın düşərgəsinə hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun Qəzza zolağındakı Nusayrat qaçqın düşərgəsindəki bir evə hücumu nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

2134265
İsrail Nusayrat qaçqın düşərgəsinə hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun Qəzza zolağındakı Nusayrat qaçqın düşərgəsindəki bir evə hücumu nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti verdiyi açıqlamada Nusayrat düşərgəsində bombalanan evdən tibbi qrupların bir nəfərin cəsədini çıxardığını, 5 yaralının isə xəstəxanalara aparıldığını açıqlayıb.
Şahidlərin məlumatına görə, səhiyyə işçiləri hücum nəticəsində böyük ziyan görən bölgədə dağıntılar altında olan yaralıların tapılması istiqamətində axtarış-xilasetmə işlərini davam etdirir.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 14 685-i uşaq və 9 670 də qadın olmaqla 34 mindən çox adam həlak olub, 77 mindən çox adam da yaralanıb. 

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr