Kiriakos Miçotakis ''Dəniz parkı'' layihəsi ilə bağlı açıqlama verdi

Yunanıstanın baş naziri Kiriakos Miçotakis Türkiyənin reaksiyasına baxmayaraq dəniz parkı layihəsindən vaz keçməyəcəklərini bildirib.

2129699
Kiriakos Miçotakis ''Dəniz parkı'' layihəsi ilə bağlı açıqlama verdi

Yunanıstanın baş naziri Kiriakos Miçotakis Türkiyənin reaksiyasına baxmayaraq dəniz parkı layihəsindən vaz keçməyəcəklərini bildirib.

Kiriakos Miçotakis Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Kiriakos Miçotakis Türkiyənin Yunanıstanın Egeydə dəniz parkı layihəsinə reaksiyasını qiymətləndirib.

Yunanıstanın baş naziri deyib:"Türkiyənin ətraf mühitlə bağlı təşəbbüsə reaksiyası məni də təəccübləndirir. Yunanıstan Afinada keçirilən Okeanlar Konfransında söz verdiyi kimi, bu ''Dəniz parkları''nı tikəcək" 

İkitərəfli münasibətlərin yaxşılaşmasının Türkiyənin Egey və Aralıq dənizindəki dəniz yurisdiksiyası ilə bağlı fikirlərini dəyişmədiyini bildirən Kiriakos Miçotakis bu fikirlərin ölkəsi üçün ciddi problem yaratdığını qeyd edib.

Türkiyə Yunanıstan Xarici İşlər Nazirliyinin biri Egey dənizində, digəri isə İon dənizində olmaqla iki yeni ''Dəniz parkı'' tikəcəyinə dair açıqlamasına reaksiya verib. Xarici İşlər Nazirliyinin aprelin 9-da mövzu ilə bağlı verdiyi yazılı açıqlamada deyilir: “Yunanıstana Egey problemlərindən və suverenliyi beynəlxalq müqavilələrlə Yunanıstana verilməyən bəzi ada, adacıq və qayalıqların statusu ilə bağlı məsələlərdən öz gündəmi çərçivəsində istifadə etməməyi tövsiyə edirik”.



Әlaqәli Xәbәrlәr