Qəzza hökuməti dağıntılar altında qalan cəsədləri çıxarmağa başlayıb

Qəzza zolağındakı səhiyyə və vəqf nazirlikləri ilə Mülki Müdafiə Birliyindən ibarət komitə İsrailin oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlarda dağılan evlərin dağıntıları altında qalan cəsədləri çıxarmağa başlayıb.

2133494
Qəzza hökuməti dağıntılar altında qalan cəsədləri çıxarmağa başlayıb

Qəzza zolağındakı səhiyyə və vəqf nazirlikləri ilə Mülki Müdafiə Birliyindən ibarət komitə İsrailin oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlarda dağılan evlərin dağıntıları altında qalan cəsədləri çıxarmağa başlayıb.
Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin rəhbəri Əhməd əl-Kahlut verdiyi açıqlamada İsrailin aylardır davam edən hücumları nəticəsində dağılan evlərin dağıntıları altında aparılan axtarış-xilasetmə işləri ilə bağlı məlumat verib.
Kahlut deyib: ''Səhiyyə və vəqf nazirlikləri ilə Mülki Müdafiə Birliyindən ibarət komitə Qəzzanın şimalında dağılmış evlərin dağıntıları altında qalan cəsədləri çıxarmaq üçün könüllülərin dəstəyi ilə işləyir".
Dağıntılar altından çıxarılacaq cəsədlərin araşdırılacağını, şəxsiyyətlərinin müəyyən ediləcəyini, daha sonra isə Qəzza zolağının şimalında müəyyən olunmuş qəbiristanlıqlarda dəfn ediləcəyini söyləyən Kahlut, işlərinə təxminən 100 günlük fasilədən sonra qaldıqları yerdən davam edəcəklərini qeyd edib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 14 685-i uşaq və 9 670 də qadın olmaqla 34 mindən çox adam adam həlak olub, 77 mindən çox adam da yaralanıb. 

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr