Rusiya Ukraynaya ağır zərbələr endirdi, ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə raket hücumları nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb.

2129761
Rusiya Ukraynaya ağır zərbələr endirdi, ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə raket hücumları nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Dnepropetrovsk vilayətinə intensiv raket hücumu təşkil etdiyini açıqlayıb.

Dnepr şəhərində 5 mərtəbəli yaşayış binasının vurulduğu bildirilən açıqlamada 2 nəfərin öldüyü, 20 nəfərin yaralandığı qeyd olunub.

Sinelnikove rayonunda rusların hücumu nəticəsində 4 evin qismən dağıldığı, 10 evin də zərər gördüyü qeyd edilib. Sözügedən hücumda 2-si uşaq olmaqla 6 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.

Rusiyanın bölgədəki Kriviy Riq şəhərinə hücumu nəticəsində 3 nəfərin yaralandığı da vurğulanıb.

Ukrayna prezidenti Volodimir Zelenski də rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiya ordusunun hücumları nəticəsində Dneprdə yaşayış binasının qismən dağıldığını və qatar stansiyasının zərər gördüyünü açıqlayıb.

Volodimir Zelenski Kriviy Riq şəhəri və Sinelnikove rayonlarına edilən hücumlarla bağlı deyib: "Bütün xəsarət alanlara lazımi yardım göstərilir. Təəssüf ki, ölənlər var. Ailələrinə və yaxınlarına başsağlığı verirəm".



Әlaqәli Xәbәrlәr