Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
"İnterfaks" agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, ''Tu-22M3'' tipli strateji bombardmançı təyyarəsi səhər saatlarında ölkənin cənubundakı Stavropol vilayətində qəzaya uğrayıb.
2129751
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb.
"İnterfaks" agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, ''Tu-22M3'' tipli strateji bombardmançı təyyarəsi səhər saatlarında ölkənin cənubundakı Stavropol vilayətində qəzaya uğrayıb.
Nazirlik bombardmançı təyyarədə olan 4 pilotun tullandığını, onlardan üçünün xilas edildiyini, dördüncü pilotun axtarışlarının davam etdiyini açıqlayıb.
Qəzanın texniki nasazlıq səbəbindən olduğu bildirilib.
Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın "Tu-22M3" tipli bombardmançı təyyarəsini vurduqlarını iddia edib.