Stefan Dujarrik Şərqi Qüds və İordan çayının qərb sahilindəki vəziyyəti qiymətləndirdi

Birləşmiş Millətlər Təşkilatı oktyabrın 7-dən bəri yəhudilərin  fələstinlilərə qarşı hücumlarının sayının 800-ü keçdiyini açıqlayıb.

2134264
Stefan Dujarrik Şərqi Qüds və İordan çayının qərb sahilindəki vəziyyəti qiymətləndirdi

Birləşmiş Millətlər Təşkilatı oktyabrın 7-dən bəri yəhudilərin  fələstinlilərə qarşı hücumlarının sayının 800-ü keçdiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Stefan Dujarrik BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) aldığı məlumata istinad edərək, Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyətin daha da pisləşdiyini vurğulayıb.
Stefan Dujarrik bildirib ki, oktyabrın 7-dən bəri yəhudilər tərəfindən fələstinlilərə edilən hücumların sayı 800-ü keçib və bu hücumlar insan itkisinə səbəb olub.
Yəhudilər  və İsrail qüvvələri tərəfindən 30-dan çox fələstinlinin öldürüldüyünü qeyd edən Stefan Düjarrik 500-ə yaxın insanın yaralandığını bildirib.
BMT rəsmisi hücumlar nəticəsində həmçinin onlarla evin və 12 min ağacın zərər gördüyünü qeyd edib.
Qəzzaya yardım paylanması ilə bağlı məhdudiyyətlərin davam etdiyinə diqqət çəkən Stefan Dujarrik deyib: "Aprel ayında İsrail səlahiyyətliləri humanitar yardım missiyalarının dörddə birini əngəllədi və 10 faizini rədd etdi".
BMT-nin müsbət və mənfi ssenarilərə hazırlaşdığını bildirən Stefan Dujarrik deyib ki,  atəşkəs təmin olunarsa yardımların paylanması asanlaşacaq.



Әlaqәli Xәbәrlәr