Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Bu barədə Edinburq Universitetinin yaydığı bəyanatda bildirilib.
2126419
Fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqqs 94 yaşında vəfat edib.
Edinburq Universitetindən verilən bəyanatda deyilir: ''Piter Hiqqs qısa müddət davam edən xəstəlikdən sonra evində vəfat edib”.
Qeyd edək ki, alim 1960-cı illərdə elementar hissəciklərin kütləsini izah edən “Higgs metodu”nun ixtirası ilə məşhurlaşıb.
Bununla bağlı Piter Hiqqsin 49 il əvvəl irəli sürdüyü nəzəriyyəsi 2012-ci ildə İsveçrənin Cenevrə şəhərindəki Avropa Nüvə Araşdırmaları Mərkəzində (CERN) elm adamları tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Piter Hiqqs 2013-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.
Әlaqәli Xәbәrlәr
Türkiyənin turizm gəliri 2024-cü ilin ilk rübündə
Türkiyə Statistika Təşkilatı 2024-cü ilin birinci rübü üzrə turizm statistikasını açıqlayıb