Hakan Fidan Entoni Blinkenlə görüşüb

Hakan Fidan Qəzza üzrə Təmas Qrupu ölkələri toplantısı çərçivəsində amerikalı həmkarı Entoni Blinken ilə bir araya gəlib.

2133492
Hakan Fidan Entoni Blinkenlə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan  ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Hakan Fidan Qəzza üzrə Təmas Qrupu ölkələri toplantısı çərçivəsində amerikalı həmkarı Entoni Blinken ilə bir araya gəlib.
Məlumata görə, Hakan Fidan görüş zamanı Qəzzada törədilən qətliamın sona çatması və İsrailə təzyiq edilməsinin vacibliyini vurğulayıb.
Diplomatik mənbələrin yaydığı məlumatına görə, görüş zamanı həmçinin Qəzzadakı son vəziyyət və danışıqların hazırkı mərhələsi müzakirə olunub.
Qəzzada törədilən qətliamın sona çatdırılmasının vacibliyini vurğulayan Hakan Fidan daimi atəşkəsin təmin edilməsi və humanitar yardımın Qəzzaya çatdırılması üçün İsrailə təzyiq edilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə həmçinin Ukraynadakı son vəziyyət qiymətləndirilib və ikitərəfli münasibətlər müzakirə edilib.



Әlaqәli Xәbәrlәr