Hakan Fidan Qəzza məsələsi ilə bağlı paylaşım edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Fələstin xalqının yanında olmağa və Qəzzadakı qətliamın səbəbkarlarının məhkəmə qarşısına çıxarılması üçün çalışmağa davam edəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Fələstin xalqının yanında olmağa və Qəzzadakı qətliamın səbəbkarlarının məhkəmə qarşısına çıxarılması üçün çalışmağa davam edəcək.
Hakan Fidan bu barədə rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.
"Beynəlxalq hüququ və bütün bəşəri dəyərləri tapdalamağa davam edən İsrail rəsmiləri artıq dünya ictimaiyyəti tərəfindən qınanıblar. Qətliam törədənlərin qanun qarşısında cavab verəcəyi günü səbirsizliklə gözləyirik”,-Hakan Fidan paylaşımında vurğulayıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdə olan Hakan Fidan bu ölkənin xarici işlər naziri Feysal bin Ferhan və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.
Әlaqәli Xәbәrlәr
2023-cü ildə Türkiyədə doğulan körpələrin sayı
Türkiyə Statistika İdarəsi - TÜİK 2023-cü il üçün doğuş statistikasını açıqlayıb