Numan Kurtulmuş bir sıra ölkənin məclis sədri ilə görüşdü
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransı münasibətilə İstanbulda səfərdə olan Bosniya və Herseqovina, Somali və Seneqal parlamentariləri ilə görüşüb.

İstanbulda keçirilən konfrans çərçivəsində Kurtulmuş Bosniya və Herseqovina Xalq Məclisinin sədri Kamal Ademoviç, Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədr müavini Denis Zvizdiç, Somali Xalq Məclisinin sədri Skeikh Adan Mohamed Nur və Seneqal Parlamentinin sədri Amadou Mama Diopla ayrı-ayrılıqda görüşüb.
Görüşlərdə ölkələr və parlamentlər arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, İsrailin Qəzza başda olmaqla Fələstin torpaqlarına hücumları müzakirə edilib.
Әlaqәli Xәbәrlәr
Suriya və İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
Bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.