Türkiyənin qərarı dünya mətbuatında manşetə çıxarıldı

Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırımı iddiasına qatılmaq qərarına gəldiyini açıqladı.

2134744
Türkiyənin qərarı dünya mətbuatında manşetə çıxarıldı

Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırımı iddiasına qatılmaq qərarına gəldiyini açıqladı.
Bu xəbər dünya mətbuatında manşetə çıxarıldı.
Çinin ''Cankao'' mətbuat orqanı xəbəri “Türkiyə Beynəlxalq Ədliyyə Məhkəməsində İsraili soyqırımda ittiham edəcək” başlığı ilə manşetə çıxarıb.
Xəbərdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Nə olursa olsun, Türkiyə Fələstin xalqına dəstəyini davam etdirəcək” açıqlamasına da yer verilib.
Türkiyənin bu qərarı ABŞ-da da geniş əks-səda doğurub.
''Bloomberg'' media orqanı bu qərarı öz səhifələrində “Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qatılmaq istəyir” başlığı ilə manşetə çıxarıb.
Almaniyanın bir sıra media orqanı da Türkiyənin bu qərarını geniş işıqlandırıb.
Almaniyanın DPA xəbər agentliyi ilə ''Spiegel'' jurnalı da qərarla bağlı xəbərlər dərc edib.
Qətərin ''Əl-Cəzirə'' telekanalı da qərarı “Türkiyə Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Məhkəmədə qaldırdığı soyqırım iddiasına qatılmaq  istəyir” başlığı ilə manşetə çıxarıb.


Etiketlәr: #Spiegel , #DPA , #İsrail , #Türkiyə

Әlaqәli Xәbәrlәr