Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Özbəkistanda səfərdədir

Özbəkistanda səfərdə olan Cevdet Yılmaz paytaxt Daşkənddə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK)-Dünya Türk İş Şurasının (DTİK) təşkil etdiyi İş Dünyası ilə Görüş Proqramına qatılıb.

2134502
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Özbəkistanda səfərdədir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcminin 3 milyard dolları keçdiyini ifadə edərək deyib: "Liderlərimizin qarşıya qoyduğu  5 milyard dollarlıq hədəfə yaxınlaşırıq''.
Özbəkistanda səfərdə olan Cevdet Yılmaz paytaxt Daşkənddə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK)-Dünya Türk İş Şurasının (DTİK) təşkil etdiyi İş Dünyası ilə Görüş Proqramına qatılıb.
Cevdet Yılmaz burada etdiyi çıxışında Türkiyə-Özbəkistan əlaqələrinin çox yüksək səviyyədə olduğuna və tarixi-mədəni əlaqələrin  son dərəcə dərin olduğuna diqqət çəkib.
İqtisadi və ticari əlaqələrdə qarşılıqlı qazanma prinsipi çərçivəsində hərəkət etdiklərini bildirən Cevdet Yılmaz deyib:
"Hazırda 3 milyard dolları keçən ticarət həcmimiz var. Liderlərimizin qarşıya qoyduğu 5 milyard dollarlıq hədəfə yaxınlaşırıq. Güzəştli ticarət sistemi siyahısında məhsulların artırılmasından, gömrük prosedurlarının asanlaşdırılmasına qədər bir çox sahədə əldə edəcəyimiz irəliləyişlə ticarət həcmimizi 5 milyard dollara çatdıracağıq''.

İmtiyazlı Ticarət Sazişinin iyulun 1-də qüvvəyə mindiyini və müəyyən məhsulları əhatə etdiyini bildirən Cevdet Yılmaz, iki ölkənin bunu hər il daha da genişləndirilməsi üçün səylərini davam etdirəcəyini bildirdi.

Türkiyənin Özbəkistana birbaşa investisiyalarının 1,5 milyard dollara çatdığını bildirən Cevdet Yılmaz Özbəkistandakı 1900-ə yaxın türk şirkətinin  bu ölkənin həm iqtisadiyyatına, həm inkişafına, həm də məşğulluğuna dəstək verdiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr