Türkiyə vətəndaşları Yunanıstanın artıq 5 deyil, 10 adasına gedə biləcək

Yunanıstanın Türkiyə səfirliyi “X” hesabında ekspress viza müraciətinin etibarlı olduğu adaların sayının artırıldığını açıqlayaraq yazıb ...

2134016
Türkiyə vətəndaşları Yunanıstanın artıq 5 deyil, 10 adasına gedə biləcək

 

  Yunanıstanın 5 Egey adasına Türkiyə vətəndaşları üçün başladığı ekspress viza müraciəti 30 apreldən etibarən artıq 10 ada üçün etibarlıdır.

  Yunanıstanın Türkiyə səfirliyi “X” hesabında ekspress viza müraciətinin etibarlı olduğu adaların sayının artırıldığını açıqlayaraq yazıb: “Yunanıstanın 30 mart tarixindən etibarən 5 Egey adası üçün başladığı ekspress viza müraciəti 30 aprel tarixindən etibarən 10 Egey adası üçün etibarlıdır.

  Türkiyədən gələnlər İstanköy (Kos), Midilli (Lesvos), Rodos, Sisam (Samos) və Sakız (Sakiz) adalarından əlavə, İleryoz (Leros), Limni (Limnos), Kelemez (Kalimnos), Meis (Kastelorizo) və Sömbeki (Simi) adalarında da ekspress viza müraciətindən faydalana bilərlər.

  Ekspress vizadan yararlanmaq istəyən türkiyəli qonaqlar tələb olunan sənədləri ərizə forması ilə birlikdə Yunanıstan səlahiyyətlilərinə təqdim etməlidir. Lazımi sənədlər adaya keçid məntəqələrində səlahiyyətli bölmələrə çatdırılır. Girişdə gözləməyin qarşısını almaq üçün sənədlərin adalar və Türkiyə arasında bərə xidmətlərini təşkil edən turizm agentliklərinə çatdırılması tövsiyə olunur.

  Hər adaya səfər üçün Yunanıstan səlahiyyətliləri 1 gündən 7 günə qədər etibarlı viza verir. Adalar üçün alınan ekspress vizalar yalnız bu adalar üçün keçərlidir və Yunanıstanın başqa bölgəsinə keçmək üçün istifadə edilə bilməz. Yalnız bir keçid üçün etibarlı olan vizanın rüsumu 60 avrodur”.



Әlaqәli Xәbәrlәr