Türkiyə və Tanzaniya prezidentləri arasında görüş olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Samiya Suluhu Həsən ilə görüşəcək.
2129188
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Samiya Suluhu Həsən ilə görüşəcək.
Görüş zamanı Türkiyə ilə Tanzaniya arasındakı əlaqələrin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüş çərçivəsində aktual qlobal və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması, həmçinin müxtəlif sazişlərin imzalanması da gözlənilir.