Türkiyə və Tanzaniya prezidentləri birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəsmi səfər edən  Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Samia Suluhu Həsən ilə təkbətək və heyətlər arasında baş tutan görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər.

2129669
Türkiyə və Tanzaniya prezidentləri birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəsmi səfər edən  Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Samia Suluhu Həsən ilə təkbətək və heyətlər arasında baş tutan görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında çıxış edə Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət çərçivəsində gündən-günə inkişaf etdiyinə diqqət çəkib və sözlərini belə davam etdirib:
"Qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün atıla biləcək addımları müzakirə etdik. Keçən il ikitərəfli ticarət dövriyyəmiz 345 milyon dollara çatıb. Artsa da, indiki rəqəmlər real potensialımızı əks etdirmir. Ticarət həcmimizi 1 milyard dollara çatdırmağı hədəfləyirik''.
Afrika qitəsinin ürəyində xüsusi yeri olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Baş nazirliyi və prezidentliyi dövründə qitəyə 50-dən çox səfər etdiyini xatırladıb.
"Ticarətdən təhsilə, kənd təsərrüfatından səhiyyəyə qədər hər sahədə qitə ilə əlaqələrimizi gücləndirmək mövzusunda qətiyyətliyik. Biz Afrikanın səsinin beynəlxalq platformalarda daha çox eşidilməsinə töhfə verməyə davam edəcəyik".
Samia Suluhu Həsən isə öz növbəsində Türkiyədə mükəmməl şəkildə qarşılandığını qeyd edərək türk xalqına təşəkkür edib.
Tanzaniyanın iki ölkə arasında faydalı əlaqələri inkişaf etdirmək istədiyini bir daha ifadə etdiyini bildirən Həsən deyib: “Türkiyə həqiqətən çox dəyərli tərəfdaşdır və mənim bura səfərim bu tərəfdaşlığı nə qədər yüksək qiymətləndirdiyimizi təsdiqləyir”.
Həsən çıxışı zamanı həmçinin Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib.
Bu arada Türkiyə Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası arasında investisiyaların təşviqi və asanlaşdırılması, ali təhsil, arxiv və ali təhsil təqaüdləri sahələrində 6 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr