10 milyard il əvvəl yaranmış "Super dünya" planeti kəşf edilib

ABŞ-da alimlər 10 milyard il əvvəl yaranmış qədim bir ulduz sistemi içində qayalı "Super dünya" planeti kəşf etdiqlərini açıqlayıblar.

1563400
10 milyard il əvvəl yaranmış "Super dünya" planeti kəşf edilib

ABŞ-da alimlər 10 milyard il əvvəl yaranmış qədim bir ulduz sistemi içində qayalı "Super dünya" planeti kəşf etdiqlərini açıqlayıblar.

Kəhkəşan qalaktikasından bir neçə milyard il sonra meydana gələn ulduz sisteminin bir hissəsi olan planetdə həyatı dəstəkləyən əlamətlərin olmadığını bildirər alimlər ancaq uzun ömürlü bu cür planetlərdə keçmişdə həyat olduğuna dair ehtimalın yüksək olduğunu ifadə ediblər.

Amerika Astronomiya Dərnəyinin illik iclasında mətbuata danışan Hawaii Universiteti professoru Lauren Viss "Bizim planetimizin təxminən 5 milyard yaşı var. 10 milyard ildir mövcud olan qayalıq bir dünyada nə baş verə biləcəyini düşünün. Mən mütləq öyrənmək istərdim" deyib.

Viss elm dünyasında həyəcan verici olan planetin ətrafında fırlandığı ulduza baxan tərəfində bir maqma okeanı olduğunu və eyni ulduzun ətrafında dövr edən daha iki kiçik planetin ola biləcəyini söyləyib.

"TOI-561 b" adlanan planetin yerdən iki dəfə böyük olduğu və ulduz ətrafında öz dövrünü dünyanın yarısından az bir müddətdə tamamladığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr