2021-ci il son 50 ilin ən qısa ili olacaq
2021-ci il Yerin fırlanma sürətinə görə daha qısa olacaq.
2021-ci il Yerin fırlanma sürətinə görə daha qısa olacaq.
İlkin proqnoza görə bu il Yerin fırlanmasının sürətlənməsi səbəbindən son 50 ilin ən qısa il olacaq.
Bu barədə Kanadanın York universitetindən astronomiya və fizik professoru Paul Delaney "CTV" televiziya kanalında iştirak etdiyi "Your Morning" proqramında deyib. Onun sözlərinə görə Yerin fırlanma sürəti artıb və bu dəyişiklik də yer kürədə zamanın yavaşlaması mənasını daşıyır.
Elmu hesablamalara görə, 2021-ci ildə orta hesabla bir gün 24 saatlıq(86 min 400 saniyə) normal bir gün ilə müqayisədə daha 0,05 milisaniyə qısa olacaq.
Bunun qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Prof. Delaney əriyən buzlaqların Yerdəki kütlənin yerləşmə şəklini dəyişdiyini və suların Yerin fırlanma oxuna yaxınlaşdıqca onun fırlanma sürətini artırdığını ifadə edib.
Bu qısalmanın saniyədən daha az olacağından insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcəyinə diqqət çəkən Delaney iqlim dəyişikliyi səbəbilə buzlaqların əriməsinin zaman ərzində qlobal zaman periodunu və günlərin müəyyən edilməsinə təsir edə biləcəyinə dair xəbərdarlıq edib.
Әlaqәli Xәbәrlәr
Zərif fiziki təmas və depressiya
Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar