5 asteroid Yer kürəsinə doğru şütüyür

Amerika Birləşmiş Ştatları Milli Kosmos və Havaçılıq Dairəsi – NASA 5 asteroidin bu günlərdə Yer kürəsinə yaxınlaşacağı məlumatını paylaşıb

1444541
5 asteroid Yer kürəsinə doğru şütüyür

 

  Amerika Birləşmiş Ştatları Milli Kosmos və Havaçılıq Dairəsi – NASA 5 asteroidin bu günlərdə Yer kürəsinə yaxınlaşacağı məlumatını paylaşıb. Belə ki, planetə ilk yaxınlaşacaq 2020MK adlı asteroid 27 iyunda Yer üzünə doğru 64 min kilometrlə yaxınlaşaraq sürətlə keçib. Onun ardınca 17 metr diametrindəki 2020MF1 asteroidi yol alır.

  Yaxınlaşan digər iki asteroid isə 2020ME1 və 2020JX1-dir. Bunlardan ikincisi qrupdakı ən böyük asteroid sayılır, diametri təxminən 100 metrdir.

  Yer kürəsinə yaxınlaşan son asteroid 2020KQ7-nin isə 31 metr diametrində olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr