50 ildən sonra bəşəriyyətin üçdə biri istilikdən yaşaya bilməyəcək

İstixana qazı tullantıları azaldılmasa, 50 ildən sonra bəşəriyyətin üçdə birinin temperaturun istiliyindən "yaşaya bilməyəcəyi" təxmin edilir

1411313
50 ildən sonra bəşəriyyətin üçdə biri istilikdən yaşaya bilməyəcək

 

  İstixana qazı tullantıları azaldılmasa, 50 ildən sonra bəşəriyyətin üçdə birinin temperaturun istiliyindən "yaşaya bilməyəcəyi" təxmin edilir.

  Çin, ABŞ və Avropa alimlərinin araşdırmalarına görə, dünya ölkələri istixana qazı tullantılarının artımına davam edərək görünməmiş böhranla üzləşə bilər. Belə ki, istixana qazı emissiyalarının artması nəticəsində orta hesabla Yer kürəsi boyu temperatur 2070-ci ilə qədər 7,5 dərəcə artacaq. Bu da 50 il sonra dünya əhalisinin təxminən 30 faizinin orta istilik 29 dərəcə olan bölgələrdə yaşamaq istəyəcəyi anlamına gəlir. Sözügedən iqlim şəraitinə məxsus tək yer hal-hazırda kürənin quru səthinin yalnız 0,8 faizini təşkil edən Sahara çölüdür. 2070-ci ilə qədər istixana qazı tullantıları azalmazsa, planetin quru səthinin 19 faizi Sahara çölü iqlim şəraitində olacaq.



Әlaqәli Xәbәrlәr