ABŞ-da koronavirusa qarşı vaksinin ilk sınaq dozası qəbul ediləcək

Bu gün ABŞ-ın Vaşinqton ştatında Sietl Təcrübə-Araşdırma Mərkəzində könüllülər koronavirusa qarşı vaksinin ilk sınaq dozasını qəbul edəcək.

1378784

Amerikan "AP" xəbər agentliyinin hökumət səlahiyyətliliərinə əsaslandırdığı xəbərdə bildirilib ki, təcrübədə 18-45 yaş arasında olan 45 sağlam könüllü iştirak edəcək. Onlar Massaçusets ştatındakı “Modern” bio-texnoloji şirkət, eləcə də ABŞ-ın Milli Səhiyyə İnstitutunun bazasında hazırlanmış müxtəlif dozada vaksin qəbul edəcəklər. 

ABŞ-ın “Inovio Pharmaceuticals” şirkəti, Kanzas-siti Mərkəzi və Pensilvaniya Universitetində hazırlanan koronavirus vaksinin cari ilin aprel ayından klinik təcrübəsinə başlanılacaq. Həmin sınaqda onlarla könüllünün iştirakı gözlənilir.

Səlahiyyətlilər koronavirusdan əziyyət çəkən xəstələrdə istifadə ediləcək bir vaksinin inkişafının səkkiz aydan bir ilədək davam edə biləcəyini qeyd etdilər.

Başqa ölkələrdə də vaksinin inkişafı üçün fəalillətlər davam edir.

Әlaqәli Xәbәrlәr