Astronomiya tarixində qara dəliyin işıq selini udmasının ilk fotoşəkli

Süd Yolu və M87 qalaktikasının mərkəzindəki qara dəliyin "kölgəsi"nin ilk fotoşəkli yayılıb.

1180897
Astronomiya tarixində qara dəliyin işıq selini udmasının ilk fotoşəkli

Süd Yolu və M87 qalaktikasının mərkəzindəki qara dəliyin "kölgəsi"nin ilk fotoşəkli yayılıb.

Bu barədə "Event Horizon Telescope" (EHT) "Twitter" səhifəsində məlumat verib.

Qeyd olunur ki, alimlər ilk dəfə qara dəliyin şəklini əldə edə bilib.

Fotoda böyük cazibə qüvvəsinə malik olan qara dəliyi əhatə edən akkresiya diskindən formalaşan halqa görünür.

Alimlər şəklin ilk dəfə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi əsasında mövcud olduğunu irəli sürdüyü qara dəliklər barədə aparılan ilk birbaşa müşahidə olduğunu irəli sürürlər.

Amerikan alimləri qeyd edirlər ki, kainatın ən maraqlı hadisəsi olan qara dəlik üfüqü kosmosda olan bütün cisimlərin – ulduzların, planetlərin, qaz, toz, elektromaqnit dalğalarının, o cümlədən işığın yaranma və yoxolma mənbəyidir. Hələlik astronomlar bununla bağlı məruzələrin son detallarını dəqiqləşdirirlər.



Әlaqәli Xәbәrlәr