Atmosferdə karbon qazı 63 ilin ən yüksək səviyyəsinə çıxıb

Amerika Birləşmiş Ştatlarının Skrips (Scripps) Okean Elmləri İnstitutu ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən yayılan məlumatlara görə...

1654056
Atmosferdə karbon qazı 63 ilin ən yüksək səviyyəsinə çıxıb

 

  Yer kürəsi atmosferindəki karbon dioksid (CO2 ,karbon (IV) oksid, karbon dioksid) nisbəti may ayında 63 ildir qeyd edilən ən yüksək səviyyəyə çıxıb.

  Amerika Birləşmiş Ştatlarının Skrips (Scripps) Okean Elmləri İnstitutu ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən yayılan məlumatlara görə, keçən ay karbon dioksid konsentrasiyası milyonda 419 parçaya (PPM) çatıb. Alimlər bunun 63 illik karbon 4 oksid ölçmələri qeydiyyatı tarixi boyu təsbit edilən ən yüksək rəqəm olduğuna diqqət çəkərək keçən ilin may ayında bu səviyyənin milyonda 417 PPM olduğunu xatırladıblar.

  ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) əməkdaşı Ralf Kilinq (Ralph Keeling) sözügedən mövzu ilə bağlı deyib: "Hər il atmosferdə daha çox karbon dioksid yığılır. Bunun qarşıını almaq üçün uzun bir yol var."

  Qeyd edək ki, yeni tip koronavirus (Covid-19) epidemiyası səbəbindən dünya səviyyəsində görülən tədbirlər çərçivəsində məhdudiyyətlər və nəqliyyat istifadəsinin azalması nəticəsində 2020-ci ildə karbon emissiyası 7 faiz azalıb ki, bu da İkinci Dünya Müharibəsindən bu yana ən böyük illik eniş sayılır.



Әlaqәli Xәbәrlәr