Avstraliyada koronavirus əleyhinə peyvəndin insan üzərində sınaq prosesi başlanıb

Avstraliyada yeni növ koronavirus (Covi-19) əleyhinə peyvəndin insan üzərində sınaq prosesi başlandı.

1423761
Avstraliyada koronavirus əleyhinə peyvəndin insan üzərində sınaq prosesi başlanıb

Avstraliyada yeni növ koronavirus (Covi-19) əleyhinə peyvəndin insan üzərində sınaq prosesi başlandı.
ABŞ-da yerləşən biotexnologiya şirkəti "Novavax"ın tədqiqat direktoru Qregory Qlenn videokonfrans vasitəsilə 
 keçirdiyi yığıncaqda peyvənd sınaqının ilk mərhələsinin Avstraliyada bir neçə könüllü ilə başladığını elan edib.
Qlenn birinci mərhələ çərçivəsində "NVX-CoV2373" adlı peyvəndin ümumilikdə 131 könüllüdə sınaq ediləcəyini və peyvəndin təhlükəsizliyinin test ediləcəyini və təsirinin müşahidə ediləcəyini bildirib.
Qlenn "Novavax" ın bu il ən az 100 milyon və 2021-ci ildə 1,5 milyard doza istehsal edə biləcəyini açıqlayıb.
"Novavax"  şirkətinin açıqlamasında Avstraliyanın Melburn və Brisbane bölgələrində peyvənd sınaqlarından iyul ayında nəticə əldə edilməsinin gözlənildiyi bildirilib.
İkinci mərhələnin fərqli ölkələrdə minlərlə iştirakçı ilə baş iyul ayından sonra baş tutacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr