Bəzən heç nə yeməmək, bəzənsə oruc tutmaq ömrə hansı faydaları verir?

Günün 16-18 saatı heç nə yeməmək və müəyyən fasilələrlə oruc tutmaq ömrü uzadır

1330689
Bəzən heç nə yeməmək, bəzənsə oruc tutmaq ömrə hansı faydaları verir?

Amerikalı mütəxəssislər günün 16-18 saatında heç nə yeməməyin yaxud da həftədə nizamlı fasilələrlə oruc tutmağın ömrü uzatdığını və bir çox xəstəliklərin qarşısını aldığını sübuta yetirdi.

“New England Medical Journal”ında dərc olunan məqalədə günün 6-8 saatı ərzində qida istehlakı və qalan 16-18 saatda yemək yeməməyin bir çox xəstəliklərin qarşısını aldığı, qan təzyiqini azaltdığı və ömrü uzatdığının müəyyən edildiyi bildirilib.

Oruc köklük, diabet və ürək xəstəliklərinin müalicəsi üçün tövsiyə edilə bilər. Məqalədə vurğulanır ki "gündəlik məhdud yemək və "həftədə 2 gün oruc"  olaraq iki metod irəli sürülür.

İnsanlar və heyvanlar üzərində aparılan təcrübələrə əsaslanaraq aparılan araşdırma müəyyən fasilələrlə orucun  metabolizmdə yenilənməyə imkan verdiyi üçün hüceyrə sağlamlığına müsbət təsir etdiyini ortaya qoyub.

Məqalədə yer alan məlumalar arasında oruc insulin müqavimətini artırır, çünki şəkər xəstəliyi üçün yaxşıdır.



Әlaqәli Xәbәrlәr