Bayraktar AKINCI atış testlərini uğurla başa vurub
Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Vasitəsi (TİHA) Roketsan tərəfindən hazırlanmış IIR (Görüntüləmə İnfraqırmızı) idarə olunan MAM-T və TV idarə olunan MAM-L atış sınaqlarını uğurla başa vurub.
Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Vasitəsi (TİHA) Roketsan tərəfindən hazırlanmış IIR (Görüntüləmə İnfraqırmızı) idarə olunan MAM-T və TV idarə olunan MAM-L atış sınaqlarını uğurla başa vurub.
Bu barədə "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar öz sosial media hesabında paylaşım edib.
O, Türkiyenin ən çox ixrac etdiyi döyüş sursatları olan lazerlə idarə olunan mini ağıllı sursatların daha bir mühüm həddi keçdiyini və bulud üstü zərbə qabiliyyətinə sahib olduğunu bildirib.
"Bayraktar AKINCI tərəfindən həyata keçirilən IIR idarə olunan MAM-T və TV idarə olunan MAM-L Atış Testi uğurla tamamlandı.” - deyə Bayraktar qeyd edib.
Xatırladaq ki, Bayraktar AKINCI martın 14-də "Roketsan"ın İHA-122 raketi ilə səsdən sürətli raket atış sınağını müvəffəqiyyətlə tamamlayıb.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb