Beyindəki bir qrup hüceyrə görülən yuxuların xatırlanmasına mane olur

Yaponiya və ABŞ alimləri beyindəki bir qrup hüceyrənin yuxuların qorunmasının qarşısını aldığını aşkar etdilər.

1276246
Beyindəki bir qrup hüceyrə görülən yuxuların xatırlanmasına mane olur

Yaponiya və ABŞ alimləri beyindəki bir qrup hüceyrənin yuxuların qorunmasının qarşısını aldığını aşkar etdilər.

“Sputnik” yer alan “Science” jurnalında dərc olunmuş xəbərə görə, Yaponiyadakı Nagoya universiteti və ABŞ-ın Milli Nevroloji probemlər və İflic institutu (NINDS) mütəxəssisləri beyindəki bir qrup hüceyrənin görülən yuxuların qorunmasına mane olduğunu müəyyənləşdirdi.

 Siçanlar ilə üzərində aparılan testlər zamanı alimlər bir çox hormonun və qeyri-iradi funksiyaların nəzarət mərkəzi olan və melanin cəmləşdirən hormon (MHC) buraxan hüceyrələri ehtiva edən hipotalamusun öyrənilməsinə diqqət yetirdilər.

Xəbərə görə, MCH iştaha cavabdehdir və yuxu mərhələlərinin tənzimlənməsində yer alır.

Bir qrup siçanında aparılan tədiqatda sürətli yuxu zamanı MCH hüceyrələri işə salındı, buna görə heyvanlar əvvəllər öyrəndiklərini tanımaqda çətinlik çəkməyə başladılar.

Üzərlərində MCH hüceyrələri olmayan siçanlar yaddaş testlərində daha yaxşı nəticələr göstərdilər.

Elm adamı Shuntaro İzawa araşdırma ilə əlaqədar verdiyi açıqlamada "Unutmaq passiv bir şey deyil, aktiv bir proses" dedi.

Tədqiqatın digər mütəxəssisi, professor Tomas S. Kilduff yuxuların MCH hüceyrələri aktiv olduqda sürətli yuxu mərhələsində görüldüyünü ifadə etdi.

Kilduff  “Bu hüceyrələr qrupunun aktiv fəaliyyəti yuxuların qorunmasına mane olur və buna görə gördüyümüz yuxuları unuduruq” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr