Beynəlxalq standartlarda istehsal olunan ilk yerli peyvənd istifadəyə hazırdır

Tetanus-difteriya peyvəndinin bütün istehsal prosesləri tamamilə yerli imkanlarla tamamlandı.

1534031
Beynəlxalq standartlarda istehsal olunan ilk yerli peyvənd istifadəyə hazırdır

Beynəlxalq standartlarda istehsal olunan ilk yerli peyvənd istifadəyə hazırdır.
Yetkin tipi tetanus-difteriya peyvəndinin bütün istehsal prosesləri tamamilə yerli imkanlarla tamamlandı.
Səhiyyə naziri Fərəddin Koca  verdiyi yazılı açıqlamada yerli və milli istehsal siyasəti istiqamətində  2015-ci ildən bəri nazirliyin dəstəyilə göstərilən fəaliyyətlərin ilk nəticələrini verdiyini bildirib.
Beynəlxalq standartlarda istehsal olunan ilk yerli peyvəndin istifadəyə hazır olduğunu ifadə edən Koca "Nazirliyimiz tərəfindən təsdiqlənən və dəstəklənən layihə ilk məhsullarını verdi. Texnoloji transfer daxil olmaqla peyvənd araşdırması uğurla başa çatdı. Yetkin tip tetanus-difteriya peyvəndinin bütün istehsal prosesləri tamamilə yerli imkanlarla tamamlandı" deyib.
Nazir Koca "2015-ci ildə Ankaranın Akyurt qəsəbəsində başlayan layihə çərçivəsində podratçı firma "Türk İlaç" 2017-ci ildə ilk doldurma işini həyata keçirdi. Yaxşı İstehsal Prosesi (GMP) sertifikatına sahib olan müəssisələrdə antigen istehsalı da daxil olmaqla bütün proseslər yerli imkanlarla tamamlanmış və istehsalına başlanılmışdır. Lazımi keyfiyyət nəzarətindən keçən və təsdiqlənmiş yetkin tip tetanus-difteriya peyvəndinin ilk hissəsi Nazirliyimizə verildi. Beləliklə, yerli peyvənd istehsalının gündəmdə olduğu bir dövrdə bu sahədə əhəmiyyətli bir müvəffəqiyyət əldə edildi. Yerli istehsal siyasəti çərçivəsində başladığımız yerli peyvənd istehsalı prosesi yeni yaxşı xəbərlərlə davam edəcəkdir. Uğurlar" deyib.



Әlaqәli Xәbәrlәr