BMqT Türk alimləri Uğur Şahin və Özlem Türecinin müvəffəqiyyətini nümunə olaraq göstərib

Beynəlxalq Miqrasiya Təşkilatı yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd inkişaf etdirən Türk alimləri Uğur Şahin və Özlem Türecinin müvəffəqiyyəti nümunə olaraq göstərilib.

1533896
BMqT Türk alimləri Uğur Şahin və Özlem Türecinin müvəffəqiyyətini nümunə olaraq göstərib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 111-ci Şura iclasında yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd inkişaf etdirən Türk alimləri Uğur Şahin və Özlem Türecinin müvəffəqiyyəti nümunə olaraq göstərilib.
BMT-nin miqrasiya təşkilatı BMqT-nin Baş direktoru Antonio Vitorino təşkilatın İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında keçirilən Şura iclasında çıxış edib.
Vitorino "Covid-19"a qarşı ən perspektivli peyvəndlərdən birini inkişaf etdirən elm adamlarından ikisinin türk mühacirlərin uşaqları olduğunu vurğulayaraq, immiqrasiyanın həqiqətən hamıya fayda verə biləcəyini xatırladıb.
Uğur Şahin 1965-ci ildə İskəndərunda anadan olub və 4 yaşında anası ilə Almaniyada Ford fabrikində işləyən atasının yanına, Kölnə köç edib  və tibb təhsili aldıqdan sonra xərçəng təhsili aldı. Şahin 2019-cu ildə apardığı araşdırmaya görə Alman Xərçəngin müalicəsi sahəsində fəaliyyət göstərib.
İstanbuldan Almaniyaya köçən həkim  bir atanın qızı Türeci isə həyat yoldaşı  Uğur şahin ilətəhsilini tamamladığı Hamburqdakı Saarland Universitetində tanış olub.
Almaniyada  biyoteknoloji şirkəti "BioNTech" tərəfindən hazırlanan peyvəndin 95 faiz təsirli olduğunun açıqlanması ilə şirkətin qurucuları arasında iştirak edən Türk mühacir uşaqları Pr. Dr. Uğur Şahin və həyat yoldaşı Dr. Özləm Türeci insanlıq üçün bir ümid olan bir müvəffəqiyyət əldə etdilər.



Әlaqәli Xәbәrlәr