Çin kosmosa daha üç kosmik aparat buraxıb

Bu barədə Çinin Aerokosmik Elm və Texnika Agentliyi məlumat yayıb.

1268283
Çin kosmosa daha üç kosmik aparat buraxıb

Çin sentyabrın 12-də fəzaya daha üç kosmik aparat, o cümlədən Arktika və Antarktikanı müşahidə etmək üçün Z-102D kod adı olan  peyk göndərib. Bu barədə Çinin Aerokosmik Elm və Texnika Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, kosmik aparatları kosmosa daşıyan “Long March 4B” raketdaşıyıcısı ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan buraxılıb.  Ağırlığı cəmi 16 kiloqram olan bu aparat sayəsində, çinli alimlərin iddiasına görə, Yer kürəsinin hər iki qütbünü müşahidə etmək mümkün olacaq. Yaxın gələcəkdə bu cür peyklərin sayını artırılması  nəzərdə tutulur. Çin alimləri onların köməyi ilə Tibet yüksək dağlıq ərazisini də tədqiq edəcəklər.

 



Әlaqәli Xәbәrlәr