Çin "Əşyalar interneti" üçün 2 rabitə peykini orbitə çıxardı

Sinxua agentliyinin xəbərinə görə

1415860
Çin "Əşyalar interneti" üçün 2 rabitə peykini orbitə çıxardı

 

Çin "Əşyalar interneti" üçün 2 rabitə peykini orbitə çıxardı

 Çin mayın 12-də "Əşyalar interneti" ("Internet of Things) sahəsi üzrə sınaqlar aparmaq üçün 2 rabitə peykini orbitə çıxarıb.

  "Xingyun-2 01" və "Xingyun-2 02" adlı peykləri orbitə "Kuaizhou-1A" raketdaşıyıcısı çıxarıb. Raketin buraxılışı yerli vaxtla saat 09:16-da Ciuçuan məntəqəsində baş tutub. Bildirilir ki, peyklər planlaşdırılan orbitə daxil olublar.

  Sinqyun Kosmos Texnologiyaları şirkətinin bu layihəsi Çinin aşağı orbitdə darzolaqlı ilk rabitə peyk sistemini və "Əşyalar interneti" üzrə qlobal kommunikasiya şəbəkəsi yaratmağa xidmət edir. "Xingyun-2 01" və "Xingyun-2 02" peykləri sənaye sahəsində bir sıra tətbiqlərin, o cümlədən konteynerlərə intellektual nəzarət, dəniz mühitinin monitorinqi və meteoroloji məlumatların toplanması ssenarilərini sınaqdan keçirəcəklər ki, bu da "Əşyalar interneti" (IoT) peyk şəbəkəsinin işinin əsasını qoyacaq.

  Qeyd edək ki, "Əşyalar interneti" insan müdaxiləsi olmadan simsiz şəbəkə üzərində məlumat toplayan və ötürə bilən, bir-biri ilə bağlı, internetlə əlaqəli obyektlərin sisteminə istinad edir. Başqa sözlə, internetlə təmin olunmuş, avtomatik çalışıb həyatımızı asanlaşdıran cihazların nəhəng sistemidir. “Əşyalar interneti” real həyatın aspektlərini (temperatur, işıq, təzyiq, insanların və ya əşyaların varlığı yaxud yoxluğu və s.) hiss edən və bu məlumatları emal edib, buna görə hərəkət edən cihazlar deməkdir. “Əşyalar interneti”nə mobil telefonlar, məişət avadanlıqları, insanın ürəyinə qoyulmuş kardiostimulyator, fermadakı heyvana qoşulan çip, sensorla təchiz olunmuş nəqliyyat vasitəsi, geyilə bilən cihazlardan tutmuş ağlımıza gələn hər şey daxildir.



Әlaqәli Xәbәrlәr