Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Ölkənin ilk yerli istehsalı olan "Xue Long 2" (Qar əjdahası 2) buzqıran gəmisi Antarktikaya elmi araşdırma səfəri üçün dənizə açıldı.

1288535
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

 

  Ölkənin ilk yerli istehsalı olan "Xue Long 2" (Qar əjdahası 2) buzqıran gəmisi Antarktikaya elmi araşdırma səfəri üçün dənizə açıldı.

  413 nəfərlə ölkənin cənubundakı Şıncın limanından yola çıxan gəmi Çinin 36-ıncı Antarktika səfərinə liderlik edəcək.

  Əvvəlcə şimal-şərqdəki Şanqay limanına qədər gedəcək gəmi buradan 22 oktyabrda Sakit okeana yol alacaq.

  Gəmi Çinin Antarktikadakı Conqşan araşdırma stansiyasına çatdıqdan sonra qitənin qərbindəki Ross dənizi və Amundsen dənizində araşdırmalar aparacaq. Daha sonra qitənin şimal-şərqindəki Böyük Çin Səddi araşdırma stansiyasına üzəcək gəmi Kosmonavtlar dənizində də araşdırmalar icra edəcək. Gəminin 2020-ci ilin mart ayında ölkəyə dönməsi planlaşdırılır.

  Qeyd edək ki, layihəsi Finlandiyanın “Aker Arctic” firmasının mühəndisləri tərəfindən çəkilən "Xue Long 2" gəmisi Çinin qərbindəki Cianqnan limanında hazırlanıb.   

  Çinin 1993-cü ildən bəri fəal olan digər buzkıran gəmisi "Xue Long” (Qar əjdahası) Ukraynada istehsal edilmişdi.



Әlaqәli Xәbәrlәr