"Covid-19" infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası könüllüyə tətbiq edilib

Yeni növ koronavirus (Covid-19) əleyhinə hazırlanmış peyvənd namizədinin ikinci dozası könüllüyə tətbiq edilib.

1534892
"Covid-19" infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası könüllüyə tətbiq edilib

Yeni növ koronavirus (Covid-19) əleyhinə hazırlanmış peyvənd namizədinin ikinci dozası könüllüyə tətbiq edilib.
Erciyes Universitetinin (ERU) açıqlamasına görə, 1-ci fazanın fəaliyyətləri çərçivəsində ilk doza 5 noyabrda Nazif Durnaya tətbiq edilən peyvənd namizədinin 2-ci dozası 21-ci gündən sonra eyni könüllüyə tətbiq edilib.
Nazif Durna ilk doza tətbiqindən sonra heç bir yan təsirinin müşahidə olunmadığını bildirərək, hər kəsi könüllü olmağa çağırıb.
Açıqlamada fikirlərinin yer aldığı toxunan Erciyes Universitetinin rektoru Prof. Dr. Mustafa Çalış namizəd peyvəndinin ilk dozasının könüllülər üçün heç bir yan təsiri olmadığını bildirib.
Erciyes Universiteti tərəfindən "Covid-19"a qarşı hazırlanan inaktiv peyvənd namizədinin ilk dozası 18-55 yaş arasında sağlıqlı və daha əvvəl "Covid-19" infeksiyası yoluxmamış 44 könüllüdə tətbiq edildi. 21-ci günü tamamlayan könüllülər üçün ikinci doza qəbulu müəyyən fasilələrlə davam edəcəkdir.
Peyvənd namizədinin 1-ci faza fəaliyyətinin 14 debakrda tamamlanması, həmin tarixdən sonra 2-ci faza fəaliyyətlərinə başlanması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr