"Covid-19" infeksiyasının Nu ştamı (Omicron)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun (Covid-19) "Omicron" variantının "Delta" da daxil olmaqla "Covid-19"-un digər variantlarından daha sürətli yayıldığına və daha ağır xəstəliyə səbəb olduğuna dair aydın dəlil olmadığını açıqlayıb.

1739991

ÜST-dən verilən yazılı açıqlamada "Omicron" variantının ortaya çıxdığı Afrika qitəsinin cənubundakı ölkələrə  səyahət qadağasının tətbiq edilməyə başlanması tənqid edilib.

Bəyanatda "Artan sayda ölkə yeni "Omicron" variantı ilə bağlı narahatlıqlara görə Cənubi Afrika ölkələrinə uçuş qadağaları tətbiq edilərkən, ÜST ölkələri elmə və Beynəlxalq Səhiyyə Qaydalarına əməl etməyə çağırır" deyilib.

ÜST səyahət məhdudiyyətlərinin Afrika ölkələrində dolanışıq qaynaqları və tədarük zəncirlərinə mənfi təsir göstərə biləcəyi səbəbiylə sərhədləri bağlamamağa çağırıb.

"Omicron" ştammının "Delta" da daxil olmaqla digər variantlardan daha yoluxucu olub olmadığı və insandan insana daha asan yayılıb yayılmadığının aydın olmadığı vurğulanan açıqlamada bununla yanaşı Afrikanın cənubundakı ölkələrdə "Covid-19" testi müsbət çıxanların sayının artdığı qeyd edilib.

Açıqlamada bu vəziyyətin "Omicron" variantıdanmı və ya digər amillərdənmi qaynaqlandığını anlamaq üçün epidemioloji araşdırmaların davam etdiyi ifadə edilib.

ÜST həmçinin qeyd edib ki, "Omicron" variantının "Covid-19" infeksiyasının digər variantları ilə müqayisədə daha ağır xəstəliyə səbəb olub-olmadığı hələ aydın deyil.

Әlaqәli Xәbәrlәr