Ədəbiyyat sahəsində Nobel mükafatları laureatlarının adları açıqlandı

Ədəbiyyat sahəsində 2018-ci il Nobel mükafatına polşalı yazıçısı Olqa Tokarçuk, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handke layiq görüldü.

1285904

Bu barədə İsveç Akademiyasının Stokholmda baş tutan xüsusi tədbirində deyilib.

Qeyd edək ki, 2019-cu ildə ədəbiyyat sahəsində həm ötənilki, həm də builki Nobel mükafatları laureatları adlarının elan olunması unikal haldır. Bu hal onunla bağlıdır ki, keçən il Nobel mükafatını təqdim edən orqan olan İsveç Akademiyasında baş verən qalmaqalın ardınca onun üzvlərinin sayı azalıb. Cinsi təcavüz iddialarının üzərində yaranmış qalmaqalın ardınca İsveç Akademiyasında daxili təhqiqat da aparılıb. Qalmaqalın ardınca həmin il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adının elan edilməsinin təxirə salınması haqda qərar verilib.

Etiketlәr: #Nobel mükafatı

Әlaqәli Xәbәrlәr