Dəniz suyu səviyyəsi 7 metrədək qalxa bilər

Qrenlandiyada dəhşətli dərəcədə buzlaqların əriməyə davam etməsi səbəbindən dəniz suyu səviyyəsinin 7 metrədək qalxa biləcəyi müəyyənləşdirilib.

1102335
Dəniz suyu səviyyəsi 7 metrədək qalxa bilər

Qrenlandiyada dəhşətli dərəcədə buzlaqların əriməyə davam etməsi səbəbindən dəniz suyu səviyyəsinin 7 metrədək qalxa biləcəyi müəyyənləşdirilib.

ABŞ-ın Boston şəhərindəki Wood Hole Oşinografiya İnstitutundan araşdırmaçılar Qrenlandakı buzlaqların 20-ci əsrin ortaları ilə müqayisədə 33 faiz daha çox əridiyini sübuta yetirdi.

Araşdırmaçı Sarah das Qrenlandiyadakı buz təbəqələrinin xeyli sürətli və misilsiz şəkildə əriməkdə davam etdiyini bildirib.

Araşdırma nəticəsində böyük buz təbəqələrinin bu sürətlə əriməkdə davam edəcəyi təqdirdə dəniz suyu səviyəsinin 7 metrədək yüksələ biləcəyi ortaya qoyulub.

Dünyada sahillərin yaxınlığında yerləşən 10 böyük şəhərdən 8-nin yüksələn dəniz səviyəsindən təsirlənə biləcəyinə işarə edilib.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.


Etiketlәr: #Qrenlandiya , #buzlaq

Әlaqәli Xәbәrlәr