Elektron siqaret ilə xərçəng arasında əlaqə tapıldı

Məqalə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

1284750
Elektron siqaret ilə xərçəng arasında əlaqə tapıldı

 

  Amerika Birləşmiş Ştatları Nyu-York Universitetinin (NYU) alimləri elektronik siqaretin həqiqi siqaretin sağlam alternativi olub-olmadığını araşdırmaq üçün siçanlar üzərində təcrübə aparıb.

  Mun Şonq Tanqın (Moon-Shong Tang) rəhbərliyilə olan araşdırma qrupu 40 siçanı bir il boyu elektron siqaretlərdə tənəffüs edilən növdən izoprofilin qlikol və bitki mənşəli qliserində çözünmüş nikotin aerosoluna məruz qoydu.

  Araşdırma qrupu 20 siçanın eyni növdən ancaq nikotin ehtiva etməyən aerosol, digər 20 siçanın isə yalnız filtrlənmiş hava tənəffüs etməsini təmin edib.

  Bir ilin sonunda həftədə 20 saat nikotin aerosolu qəbul edən 40 siçanın 22,5 faizinin ağciyər toxumalarında xərçəng şişləri, 57,5 faizinin isə sidik torbasında xərçəngə çevrilə biləcək kütlələr meydana çıxıb.

  Nikotinsiz aerosola məruz qalan 20 siçanın heç birində ağciyər şişi görünməsə də, 6,3 faizinin sidik torbasında kütlələr təsbit edilib.

  Yalnız filtrlənmiş hava tənəffüs edən siçanların 5,6 faizində ağciyər şişi müşahidə olunub, amma onların heç birinin sidik torbasında kütlə yaranmayıb.

  Araşdırma zamanı nikotinə məruz qalan qrupda 5, idarə qruplarında isə ayrı-ayrılıqda 2 siçan ölüb.

  Elmi qrup hesab edir ki, bu təcrübə elektron siqaretin insanlarda da xərçəng yarada biləcəyi ehtimalını oyadır.

  Məqalə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

  ABŞ-da elektron siqaret istifadəsindən qaynaqlandığı təxmin edilən və ilk dəfə apreldə ortaya çıxan bir ağciyər xəstəliyi 1080 adamda müşahidə olunub, bunlardan 19-u dünyasını dəyişib. Bu xəstəliyin əlamətləri tənəffüs çatışmazlığı, əldəndüşmə, sinə ağrısı və qusmadır. Xəstəliyə elektron siqaret cihazının özü, yoxsa içinə qoyulan maddələrin təsir etdiyi isə hələ müəyyən olunmayıb.



Әlaqәli Xәbәrlәr