F. Koca: "Koronavirusa qarşı peyvənd edilən tibb işçilərinin sayı 100 mini ötüb"

Səhiyyə naziri Fahrettin Koca “Twitter”də hesabında qeyd edib ki, Türkiyə peyvəndlənmə proqramı ilə əlaqədar əsaslı bazaya sahibdir.

1563704
F. Koca: "Koronavirusa qarşı peyvənd edilən tibb işçilərinin sayı 100 mini ötüb"

Səhiyyə naziri Fahrettin Koca Türkiyədə birinci mərhələ etibarı ilə yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı peyvənd edilən tibb işçilərinin sayının 100 mini ötdüyünü bildirib.

Nazir “Twitter”də hesabında qeyd edib ki, Türkiyə peyvəndlənmə proqramı ilə əlaqədar əsaslı bazaya sahibdir.

Nazir Koca bununla bağlı paylaşımı "https://covid19asi.saglik.gov.tr/" linkində edib.

Qeyd edək ki, birinci mərhələdə peyvənd edilənlər 28 gün sonra ikinci dəfə peyvənd olunacaqlar.

Xatırladaq ki, bu gün Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.



Әlaqәli Xәbәrlәr