Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı

2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı.

1284048
Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı

2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı. 

“Report” İsveç Kral Elmlər Aklademiyasına istinadən xəbər verir ki, Nobel Mükafatı Komitəsinin qərarı ilə builki mükafatın bir yarısı fiziki kosmoqoniya sahəsində nəzəri kəşflərinə görə Prinston Universitetinin professoru Ceyms Pibls, digər yarısı da Günəş tipli ulduzun ətrafındakı kənar planet orbitinə dair kəşfə görə Cenevrə Universitetinin professoru Mişel Mayor və həmin ali təhsil müəssisəsinin, habelə Kembricdəki Kavendiş laboratoriyasının tədqiqatçısı Didye Kueloz layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur.

2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.



Әlaqәli Xәbәrlәr