Günәşdәn 4 dәfә ağır olan qara dәlik aşkar edilib

Bu barәdә Avropa Cәnub Rәsәdxanasından verilәn mәlumatda bildirilib.

1412467
Günәşdәn 4 dәfә ağır olan qara dәlik aşkar edilib

 

Avropa astronomları yer kürәsinә min işıq ili mәsafәdә  bir qara dәlik kәşf ediblәr.

Bu barәdә Avropa Cәnub Rәsәdxanasından verilәn mәlumatda bildirilib. Mәlumatda görә, qara dәlik yer kürәsinә min işıq ili mәsafәdә yerlәşir.

Məlumatda qeyd olunub ki, qara dəlik "Telescopium" ulduz qrupunun HR 6819 adlı sistemində aşkar olunub. 
Günəşdən dörd dəfə ağır olan qara dəliyin Yerə ən yaxın qara dəlik olduğu bildirilib.

“Dünyaya bu qədər yaxın bir qara dəlik tapmaq heyrətamizdir. Digər kəşf olunan qara dəliklər Yerdən təqribən 25 min işıq ili uzaqlıqdadır. Bu yeni araşdırma qalaktikamızda gizlənən bütün ulduz kütləli qara dəliklər haqqındakı perspektivləri artırır",- deyə mütəxəsssis Dr. Ziri Younsi bildirib.



Әlaqәli Xәbәrlәr