İlk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdi
Alimlər ilk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdiriblər
BBC-nin xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller ) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib.
Beləliklə, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib.
Araşdırma üçün Florida Universitetinin elmi qrupuna bitki başına 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək inkişaf edən cücərtinin daha sonra yavaşladığını və quruduğunu deyiblər.
Tədqiqat NASA - Amerika Kosmos və Aeronavtika Agentliyinin “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.
Әlaqәli Xәbәrlәr
Zərif fiziki təmas və depressiya
Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar