Koronavirusa qarşı sprey hazırlanıb

Yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı 48 saata qədər qorunma təmin edən burun spreyi hazırlanıb.

1532690
Koronavirusa qarşı sprey hazırlanıb

Yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı 48 saata qədər qorunma təmin edən burun spreyi hazırlanıb.
İngiltərənin Birminqham universitetində "Gellan və yosundan əldə edilən lifli bir qatılaşdırıcı olaraq da bilinən karajenan istifadə edilərək hazırlanan sprey yaxın zamanda İngiltərədə satışa təqdim ediləcək.
Daha əvvəl səhiyyə təşkilatları tərəfindən təsdiqlənmiş maddələrdən istehsal olunduğu üçün qısa müddətdə təsdiq edilən spreyi hazırlayan Dr. Riçırd Moakes "Bu sprey hal-hazırda qida məhsullarında istifadə olunan hazır məhsullardan hazırlanıb. Bu maddələrdən bilərəkdən istifadə etdik. Həftələr ərzində kütləvi istehsalata keçib insanlara təqdim edə bilərik" deyib.
Birminqham universiteti tədqiqatçıları spreyin xüsusilə səhiyyə işçiləri, stüardessa və ya məktəblər kimi yüksək riskli vəziyyətlərdə faydalı ola biləcəyini qeyd ediblər. 
Dr. Moakes "Bu cür məhsullar virusun yayılmasının qarşısını almaq üçün istifadə ediləcək. Maska taxmaq və əl yuma kimi həyati şeyləri əvəz etməyəcək. Bu spreyin edəcəyi şey, yoluxmanın qarşısını almaq və virusun yayılmasını yavaşlatmaq üçün ikinci bir qoruma qatmaqdır" dedi.



Әlaqәli Xәbәrlәr