Kosmik turist gəmisi BKS-dən ayrılaraq Yerə qayıdıb

ABŞ-a məxsus kosmik gəmi və raket istehsalçısı “Crew Dragon” gəmisi uzun gecikmədən sonra Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq Yer kürəsinə qayıdıb.

1822943

"Space.com" saytında yer alan xəbərə görə, Amerika Kosmos və Aviasiya İdarəsindən (NASA) 3 və Avropa Kosmik Agentliyindən 4 astronavt Birləşmiş Ştatların Florida ştatı yaxınlığındakı Meksika körfəzinə eniş edib. 

Noyabrın 11-də kosmosa göndərilən astronavt komandası "Endurance" adlı "Dragon" kapsulu ilə geri dönüb.

"Crew-3" komandası Beynəlxalq Kosmik Stansiyada yüzlərlə təcrübə və kosmosda gəzintilər həyata keçirərkən, günəş panellərinin hazırlanması üzərində də çalışıb.

Bir elektron mikroskopu da sınaqdan keçirən komandanın mayın 4-də geri dönüşü əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.

Әlaqәli Xәbәrlәr