"Kovid-19" diaqnozunu 10 saniyəyə endirən cihaz inkişaf etdirilib

Türk alimlirinin inkişaf etdirdikləri "Diagnovir" adlı yeni sistem xarici mənşəli PCR testlərini əvəz edəcək.

1555202
"Kovid-19" diaqnozunu 10 saniyəyə  endirən cihaz inkişaf etdirilib

Bilkent Universitetinin Rektoru Dr. Abdullah Atalar 7 ay davam edən araşdırma və fəaliyyətlər nəticəsində inkişa etdirilən yeni diaqnoz sisteminə dair məlumat verib: “ Türkiyədə Koronavirus aşkarlandıqdan dərhal sonra diaqnoz müddətini ən aza endirən bir test cihazının inkişafına dair layihə həyata keçirildi. İnkişaf etdirdiyimiz bu cihaz yerlidir. Bənzəri olmayan bu yeni texnologiyadan ümumdünya istifadə edəcək. Cihaz xəstədən götürülmüş nümunə müsbət olarsa 5-10 saniyə, mənfi olarsa 20-30 saniyə ərzində nəticə verir. Klinik tədqiqatlarda sistemin nanotexnologiyaya əsaslanaraq yüzdə 99 dəqiqlik dərəcəsi ilə işlədiyi sınaqdan keçirildi.



Әlaqәli Xәbәrlәr